Dünyanın ən azyaşlı məhbusu fələstinlidir və İsrail zindanında

Fələstin mənbələri 11 yaşlı fələstinli uşağın sionist rejim zindanında dustaq olduğunu bildiriblər.
 
Maide.az xəbər verir ki,  Qüds Xəbər Agentliyinin məlumatına görə, Qəzza zolağının mühasirəsi ilə mübarizə ictimai komitəsinin sədri Camal Əl-Xədari bildirib ki, Sionist rejim Qüds İntifadası  prosesində 11 yaşlı Əli Əlqəm adlı fələstinli uşağı azadlıqdan məhrum edib.
 
C.Əl-Xədari bildirib ki, 11 yaşı olan və dünyanın ən azyaşlı məhbusu hesab olunan Əli Əlqəm 3 güllə ilə yaralanaraq həbs olunub.
 
O əlavə edib ki, bu 11 yaşlı uşağın ailəsi həbs olunduğu zamandan yalnız bir dəfə və hərbçilərin müşaiyəti ilə onunla görüşə bilmişdir.
 
Qəzzə zolağının mühasirəsi ilə mübarizə ictimai komitənin rəhbəri Camal əl-Xədari beynəlxalq ictimaiyyət və insan haqları dairələrindən sionist rejim həbsxanalarındakı uşaqları  dəstəkləməyə çağırıb.
 
Hazırda sionist rejim həbsxanalarında 7 mindən çox fələstinli ən acınacaqlı şəraitdə saxlanılır.
 
Xatırladaq ki, Fələstin Şəhidləri Ailələri Milli Birliyi illik hesabatında bildirib: 2015-ci ildə 180 fələstinli sionist hərbçilərin atəş açması nəticəsində şəhid olub. Onlardan 35-i uşaqdır./
 

Google+ WhatsApp ok.ru