Dünyanın ən sürətli lifti istifadəyə verildi - Çində 05 İyun 2017 01:00 Dünya Lift 530 metrlik göydələnin ən yuxarı mərtəbəsinə cəmi 25 saniyəyə qalxmağı bacarır Çində dünyanın ən sürətli lifti istifadəyə verilib. Maide.Az lent.az-a istinadən məlumatına görə, bu lift 530 metrlik göydələnin ən yuxarı mərtəbəsinə cəmi 25 saniyəyə qalxmağı bacarır. Olduqca sürətli lift Çinin cənubundakı Quançjou vilayətində “CTF Finance Center” maliyyə mərkəzində quraşdırılıb. Onu Yaponiya şirkəti sifarişlə layihələndirib. Bildirilir ki, möcüzəli lift sürətini 75,6 km/saata qədər artıra bilir. Əslində belə bir göstəricilərə sınaqlar zamanı qeydə alınıb. Ancaq daimi istifadə zamanı o, bir az yavaş - 72 km/saat sürətlə hərəkət edəcək. Aşağı düşərkən isə liftin sürəti 36 km/saata qədər sürətini azaldacaq. Bununla da o, ən yuxarı mərtəbədən ən aşağı mərtəbəyə cəmi 1 dəqiqəyə gəlib çıxacaq. / Teqlər : #Dünyanın ən sürətli lifti istifadəyə verildi Çində, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İrandan Qətərin ətrafında baş verən hadisələrə münasibət İran Qətərə kömək təklif etdi - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO