İşğalçı İsrail rejimi aclıq aksiyası etdiyi üçün 60 fələstinli məhbusu karsa salıb 19 Oktyabr 2020 13:57 Fələstin Xəbər verdiyimiz kimi, sionist rejim həbsxanalarındakı fələstinli məhbuslar fəal Mahir əl-Əxrəsin vəziyyəti ilə bağlı tələblərin yerinə yetirilməməsindən sonra 60 fələstinli məhbus aclıq aksiyasına başlamışdılar. Maide.Az xəbər verir ki, sionist rejim, aclıq aksiyasına qoşulduqları üçün 60 fələstinli məhbusu karsa salıb. Xəbər mənbələri işğalçı rejimin həmin 60 fələstinli məhbusu bazar günü gecə karsa köçürdüyünü açıqlayıb. Qeyd edək ki, 39 qadın da daxil olmaqla təxminən 4400 məhkum, işğalçı rejimin həbsxanalarında saxlanılır, onlardan 155-i uşaq, 350-si ittiham olunmadan müvəqqəti həbsdədir. Xatırladaq ki, fələstinli məhbus fəal Mahir əl-Əxrəsin 85 gündür davam edən aclıq aksiyası bir sıra beynəlxalq hüquq təşkilatlarında gündəmə gətirilib. Teqlər : #İşğalçı,#İsrail,#rejimi,#aclıq,#aksiyası,#etdiyi,#üçün,#fələstinli,#məhbusu,#karsa,#salıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinli uşaqların Mahir Əl-Əxrəsə dəstək aksiyası - FOTO İşğalçı İsrail rejimi yenə Qəzzanı bombaladı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar