İşğalçı İsrail rejimi yenə Qəzzanı bombaladı 23 Oktyabr 2020 08:02 Fələstin Sionist İsrail rejiminin ordusunun qırıcı təyyarələri Qəzza zolağına yenidən aviazərbələr endirib. Maide.Az "TASS"a istinadən xəbər verir ki, işğalçı rejim iddia edib ki, hücum Qəzza zolağından Fələstinin işğal olunmuş ərazisinə raketlərin atılmasına cavab olaraq həyata keçirilib. Qeyd edilir ki, hava zərbələri HƏMAS-ın hərbi mövqelərinə endirilib. Fələstin mənbələrinin məlumatına görə, işğalçı rejim Qəzzada bir neçə mövqeni bombalayıb. Dinc sakinlərin əkin sahələri və evlərinə ziyan dəyib. Müqavimət qüvvələri işğalçı rejimin hücumuna cavab olaraq Qəzza zolağından Fələstinin işğal olunmuş ərazisinə raket zərbələri endirib. Teqlər : #İşğalçı,#İsrail,#rejimi,#yenə,#Qəzzanı,#bombaladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğalçı İsrail rejimi aclıq aksiyası etdiyi üçün 60 fələstinli məhbusu karsa salıb HƏMAS əsirlərin azad edilməsini tələb edir
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar