Donetskdə döyüşlər şəhər daxilinə sirayət edib

Ukraynanın Donetsk şəhərində ordu və separatçılar arasında gedən döyüşlər hava limanından şəhərin mərkəzinə doğru irəliləyib.
 
 
UNİAN agentliyinin məlumatına görə, iyulun 26-sı, günün ikinci yarısından başlayaraq Donetskdə vəziyyət gərginləşib.
 
Bir neçə yaşayış binası və kommunikasiya xətlərinə ziyan dəyib. Əhali arasında zərərçəkən yoxdur.
 
Şəhər rəhbərliyi döyüş bölgəsində yaşayan vətəndaşları lüzum olmadan küçəyə çıxmamağa və təhlükə hiss olunan ərazilərdən uzaq olmağa çağırıb. Apa /
 

Google+ WhatsApp ok.ru