Iraqda 5 sünni qrup İŞİD-ə beyətdən imtina edib

 
İraqda indiyədək İraq hökumətinə qarşı İŞİD terror qruplaşması ilə birgə vuruşan 5 sünni tayfası (qrupu) bu terror qruplaşmasına beyət etməkdən imtina edib və İŞİD terror qruplaşmasına qarşı mübarizə elan ediblər. 
Maide.az-ın AA xəbər agentliyinə istinadən məlumatına görə, “İslam ordusu, Ənsarus Sünnə, Ənsaru Nəqşibəndiyyə, Mücahidlər dəstəsi və İslami ordu” İŞİD-ə beyətdən imtina ediblər. 
Məlumata əsasən, İŞİD   həmin sünni tayfalara beyət üçün 48 saat vaxt vermişdi. Sünni qruplar və İŞİD arasnda qarşıdurmaların baş verəcəyi ehtimal olunur. 
Qeyd edək ki, İŞİD terror qruplaşmasının İraqın Mosul, Tikrit, Bakuba və Telafer bölgələrinə hücumları zamanı 1 milyondan artıq dinc əhali evlərindən qaçqın düşüb. Yüzlərlə insan qətliam olunub.  / 
 

Google+ WhatsApp ok.ru