Donetskdə separatçılara daha bir ağır zərbə

Ukrayna silahlı qüvvələri ölkənin şərqində separatçıların əsas dayaq məntəqəsi olan Donetskin azad edilməsi əməliyyatına başlayıblar. Musavat.com-un Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, əməliyyatların gedişində bu gün separatçıların daha 10 vahid zirehli texnikası ekipajı ilə birgə məhv edilib. 
 
Bu barədə Kiyevdəki brifinqdə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası İnformasiya Mərkəzinin mətbuat katibi Andrey Lısenko məlumat verib. Onun sözlərinə görə, son sutka ərzində Ukrayna ordusu 13 hərbçisini itirib. 
 
Artıq xəbər verildiyi kimi, ordu Donetsk şəhərində separatçı qüvvələri tam  mühasirəyə alıblar.Musavat /

Google+ WhatsApp ok.ru