`İŞİD oğurladığı uşaqları Türkiyəyə satır`

İŞİD terrorçuları Mosulda 50-dən çox uşağı oğurlayaraq Türkiyəyə satıb. Belə bir iddia ilə İraqın "Əs-Sumariya" telekanalı çıxış edib.
 
Telekanalın məlumatına görə, hələ son bir neçə gün ərzində ekstremistlər Mosulun bir sıra rayonlarında və ətraf ərazilərdə 50-dən çox iraqlı uşağı oğurlayıb. Səkkiz yaşına qədər olan həmin uşaqlar satılmaq üçün İraqın digər əyalətinə - Naynava göndəriliblər. Telekanal iddia edir ki, uşaqlar Naynavdan Suriyanın Rakka şəhərinə gətirilir, buradan isə Türkiyəyə satılırlar.
 
Telekanalın digər bir iddiasına görə, İraqdan gətirilən hər bir uşaq üçün ödənilən məbləğ təxminən 5 min dollardır. "Əs-Sumariya" telekanalı İŞİD silahlılarının terror əməliyyatları həyata keçirmək üçün xərclənən büdcələrini "yeni formalarla" doldurduğunu qeyd edib. Belə formalar arasında İraq və Suriya ilə qonşu olan ölkələrdə insan və orqan alverinin həyata keçirilməsidir.

Google+ WhatsApp ok.ru