Rusiya Patriarxı Ali Lider ilə görüşə gedir

Moskva və bütün Rusiyanın patriarxı Kirillin İrana səfər edəcəyi və orada İslam İnqilabının Rəhbəri  ali lideri Ayətullah seyyid Əli Xamenei ilə göruş keçirəcəyi gözlənilir. Bu barədə Kommunikasiya xidmətinin xarici kilsə əlaqələri şöbəsi (KXXKƏ) məlumat yayıb. 
“KXXKƏ” verdiyi xəbərə görə, İranın Rusiyadakı səfiri Mehdi Sənayinin patriarxla keçirdiyi görüşdən sonra bildirib ki, İranda Kirilla xüsusi məhəbbət var. Mehdi Sənayi İran rəhbərliyi adından bütün Rusiyanın patriarxını İrana dəvət edib, orada Ayətullah seyyid Əli Xameni ilə görüş keçirməyə çağırıb.
Maide.az-ın məlumatına görə, Patriarx Kirill öz növbəsində tarixi məlum olmasa da,  lakin mütləq İrana səfər edəcəyinə dair söz verib. 
İran səfiri patriarx Kirilla “Rusiya islam icması”nı dəstəklədiyinə görə və daim səmimi dialoq apardığı üçün öz dərin təşəkkürünü bildirib. 
Artiq 20 ildir ki, Rus pravoslav kilsəsi ilə İran müsəlman icması arasında qarşılıqlı əlaqəsi var. Bu əməkdaşlıq əsasən Rusiya-İran komissiyasının çərçivəsində "Islam -. xristianlıq" dair dini dialoq istiqamətindədir.
Həmin dialoqa 1995-ci ildə Kirillin (o zaman patriarx KXXKƏ-nın rəhbəri idi) İrana səfərindən sonra start verilib. 1997-ci ildə isə İslam Məzhəblərinin Yaxınlaşması Assambleyasının baş katibi Ayətullah Muhəmməd Əli Təsxiri Rusiyaya cavab səfəri edib. Onun mərhum patriarx Aleksey II ilə görüşündə müntəzəm dialoqun başlanması barədə qərar qəbul edilib.
 

Google+ WhatsApp ok.ru