İŞİD Suriyanın BMT-dәki daimi nümayəndəsi Cəfərini Astanada terror etmək istəyib

İŞİD Suriyanın BMT-dәki daimi nümayəndəsi Cəfərini Astanada terror etmək istəyib

İŞİD terror qruplaşması Qazağıstanın paytaxtı Astanada  Suriyanın BMT-dәki daimi nümayəndəsi və müzakirələrdə Suriya nümayəndə heyətinin sədri Bəşər Cəfərini terror etmək istəyib. 
 
Maide.Az  “mepanorama” saytına istinadən  xəbər verir ki,  Rusiyanın Kəşfiyyat idarəsi Astanada polis geyimində olan intiharçını Bəşər Cəfəriyə yaxınlaşmamışdan öncə həbs edib. 
Rusiya təhlükəsizlik qüvvələri  bildirib ki, həbs olunan şəxs İŞİD terror qruplaşmasının üzvidir. “Terrorçu partlayıcı kəmərlə  Bəşər Cəfəriyə yaxınlaşıb onu terror etmək fikrində olduğunu etiraf edib”.  
 
Bildirilir ki, terrorçular 5 nəfər olub.
 
Həbs olunan terrorçular İraqdan Suriyaya, oradan İordaniya və İordaniyadan saxta pasportla Moskvaya və daha sonra Astanaya səfər edib. 
 
“Mepanorama” saytı yazır ki, Rusiya qüvvələri Qazağıstan rəsmilərinin icazəsi ilə həbs olunan şəxsləri  istintaqını davam etdirmək məqsədilə Moskvaya göndərib. 
 

Google+ WhatsApp ok.ru