İŞİD Tikritdə xlorin qazından istifadə edib

İraq hökuməti Tikritdə İŞİD-lə toqquşan İraq qüvvələrinə qarşı istifadə edilən bombalarda kimyəvi maddələrin istifadə edildiyini söyləyib.
 
Maide.az BBC-yə istinadən xəbər verir ki, İraq bomba məhv qrupları tərəfindən göstərilən videoçarxlarda partlayışdan sonra havaya narıncı bir tüstü buludunun qalxdığı görünüb.
 
Kimyəvi silah mütəxəssisləri xlorinin psixoloji təsir yaratmaq məqsədilə istifadə edildiyini düşünür.

Qeyd edək ki, Suriyadakı döyüşlərdə də İŞİD terrorçuları xlorin qazından tez-tez istifadə edirdi.
 

Google+ WhatsApp ok.ru