Rusiyanın yeni texnikası görənləri heyrətə salır - FOTO

Rusiyanın Ural Vaqon Zavodu R1 (Russia One) adlı tramvayının yeni modelini təqdim edib. Maide.az xəbər verir ki, bu tramvaya artıq internetdə yeni ad da qoyublar: relslə hərəkət edən iPhone. 
 
Ural Vaqon Zavod bu tramvayları ilə beynəlxalq bazarı fəth etməyi düşünür. Model 71-410 R1 indeksi alıb. Tramvayın olduqca maraqlı dizaynı var: qara, güzgülü, dəri üzlüklü künc divanlarına oxşar oturacaqlar. Məhz gözəl interyer və orijinal üslubuna görə ona "iPhone" və ya "kosmik gəmi" adını veriblər. 
 
Əgər siz düşünürsünüzsə ki, R1 (Russia One) istehsalçıları yalnız tramvayın maraqlı görünüşüylə kifayətləniblər, səhv edirsiniz.
 
Texniki xüsusiyyətlərdindən bəziləri:
 
- Wi-Fi
- GPS
- nəzarət üçün 7 HD kamera
- 190-270 oturacaq yeri
- Android sistemlə idarəetmə
- kondisioner
- Beynəlxalq Peyk Sistemi ilə nəzarət.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru