Misiri yenideən `İstefa!` şüarları bürüdü

Misirdə noyabrın 28-nə elan olunmuş yürüşdən öncə baş verən toqquşmalarda naməlum şəxslərin açdığı atəşlə 1 ordu zabiti öldürülüb, 2-si də yaralanıb.
 
Maide.az xəbər verir ki, Misir hökumətinin istefası tələbi ilə keçirilməsi planlaşdırılan aksiyanın qarşısını almaq üçün 100-dən çox şəxs həbs olunub. Ölkə boyu 7 fərqli yerdə yerləşdirilən bombaların zərərsizləşdirildiyi bildirilib.
 
Qeyd edək ki, Misirdə son aylarda ilk dəfə olaraq hökuməti istefaya göndərmək tələbi ilə ölkə boyu aksiyalara çağırışlar edilib.

Google+ WhatsApp ok.ru