Dövlət Komitəsi satışda olan məktəbli formalarının keyfiyyəti ilə bağlı araşdırmalara başlayıb 31 İyul 2015 01:00 Elm, Təhsil Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin – məktəbli formalarının standartların tələblərinə uyğunluğunu müəyyən etmək üçün monitorinqlərə başlayıb. Dövlət Komitəsindən Maide.az-a verilən məlumata görə, monitorinqlərdə məqsəd satış mərkəzlərində saxta əmtəə nişanlı, keyfiyyətsiz, normativ sənədlərlə təmin edilməyən, uyğunluq sertifikatı olmayan məktəbli formalarının satışını aşkar etməklə bunun qarşısını almaqdır. Qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası standart (QOST 25294-2003 "Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri" standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir. Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır. Məhsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməli və Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırılmalıdır. Hazırda respublikada 2 müəssisənin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb. Teqlər : #Dövlət Komitəsi satışda olan məktəbli formalarının keyfiyyəti ilə bağlı araşdırmalara başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünya alimlərindən bəşəriyyətin xilası naminə MƏKTUB Jurnalistika ixtisasına qəbul olmaq istəyənlər üçün keçirilən qabiliyyət imtahanının nəticələri açıqlanıb