Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib. DİM-dən APA-ya verilən xəbərə görə, artıq namizədlər, imtahan iştirakçıları imtahanların nəticələrini Azercell mobil operatoru vasitəsilə mərkəz tərəfindən müvafiq nəticələr rəsmi elan olunan gündən etibarən öyrənə biləcəklər. Nəticələri öyrənmək üçün iş nömrəsini 7727-yə göndərmək lazımdır. Abonentin nömrəsinə toplanan bal haqqında məlumat göndəriləcək.
 
Xatırladaq ki, imtahan nəticələri eyni zamanda DİM-in internet saytında yerləşdirilir. /

Google+ WhatsApp ok.ru