Ukrayna parlamenti Avropa Birliyi ilə assosiasiya sazişini sentyabrda ratifikasiya edəcək

Ali Rada Avropa Birliyi ilə assosiasiya sazişini sentyabrdan gec olmayaraq ratifikasiya edəcək.
 
Bunu Ukrayna prezidenti administrasiyasının başçısının müavini Valeriy Çalıy bəyan edib.
 
“Sənədin təsdiqlənməsini uzatmaq olmaz. Ən uzağı sentyabr ayında  saziş ratifikasiya ediləcək. Avropadakı tərəfdaşlarımız bu tarixi qəbul ediblər, heç bir təxirə salınmadan söhbət gedə bilməz”, deyə Çalıy bildirib.
 
Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişini haqqında razılaşmanı martda imzalayıb. 

Google+ WhatsApp ok.ru