Döyüşlər artıq Qubadlı-Zəngilan istiqamətində gedir 20 Oktyabr 2020 09:43 Qarabağ xəbərləri Azərbaycan Müdafiə Nazirliyi bu gün cəbhənin müxtəlif istiqamələrində döyüşlərin getdiyinə dair rəsmi məlumat yayıb. Maide.az xəbər verir ki, rəsmi məlumatda diqqətçəkən məqamlardan biri cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətləri ilə yanaşı, Qubadlı-Zəngilan istiqamətlərində savaş getdiyinin qeyd olunmasıdır. "Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub." Xatırladaq ki, bu günə kimi Müdafiə Nazirliyinin rəsmi məlumatlarında cəbhənin Qubadlı-Zəngilan istiqamətlərindən bəhs olunmamışdı. Teqlər : #Döyüşlər,#artıq,#QubadlıZəngilan,#istiqamətində,#gedir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni