Düşmən atəşkəs rejimini 26 dəfə pozub 18 Fevral 2017 02:00 Qarabağ xəbərləri Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub. Maide.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qaymaqlı kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Əməliyyat şəraitinə uyğun olaraq, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. / Teqlər : #Düşmən atəşkəs rejimini 26 dəfə pozub , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran səfirliyi: Dağlıq Qarabağda `referendum` keçirilməsini doğru saymırıq Düşmən atəşkəs rejimini 30 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni