Efiopiyalı yəhudilərin üsyanı böyüyür

Efiopiya əsilli bir qrup yəhudi şəhər mərkəzində yürüş keçirib. Polis zorakılığını və dövlətin "irqçi tətbiqlərinə" reaksiya göstərmək məqsədilə təşkil olunan yürüş polisin geniş təhlükəsizlik tədbiri altında baş verib.
 
Maide.az-ın məlumatına görə, Efiopiya əsilli bir yəhudi əsgərin polis tərəfindən döyülmə videosunun ortaya çıxmasından sonra gərginlik artmışdı. Minlərlə Efiopiya əsilli yəhudi ötən gün Təl-əvivdəki Azrieli qülləsi yaxınlığında nümayiş keçirmiş, bəzi əsas yolları bağlamışdı. Polisin müdaxilə etdiyi aksiyada 23-ü polis olmaqla 46 nəfər yaralanmış, 26 nümayişçi saxlanılmışdı.
 
Qüdsdə cümə axşamı irqçilik əleyhinə etiraz edən minlərlə efiopiyalıya İsrail rejiminin qüvvələri səs bombası, gözyaşardıcı qaz və təzyiqli su püskürdən zirehli vasitələrlə müdaxilə etmişdi. 

Google+ WhatsApp ok.ru