Türkiyə ələviləri Suriyada təkfirçi terrorçuların cinayətlərinə qarşı aksiya keçiriblər

Maide.az-ın məlumatına görə, Türkiyənin Ələvi Cəmiyyətlərinin nümayəndələri və bir neçə qeyri-hökumət təşkilatları ötən gün aksiya və yürüşlər təşkil edərək terrorçuların Suriyadakı cinayətlərini pisləyib və bildiriblər ki, son günlərdə onlarla suriyalı ələvi terrorçular tərəfindən qətlə yetirilib. 
 
Aksiya iştirakçıları Türkiyə, Qərb və ərəb ölkələrinin Suriyadakı terrorçuları dəstəkləməsini pisləyərək onu insanlığa qarşı hərəkət adlandırıb və terrorçulara silah və lojistik dəstəyə son qoyulmasını tələb ediblər. 
 
Etirazçılar Türkiyə xalqından təkfirçi terrorçularla mübarizədə Suriya xalqını dəstəkləməsini istəyiblər. 
 
Ötən cümə axşamı günü də İstanbulda oxşar aksiya keçirilmişdi.

Google+ WhatsApp ok.ru