Putinin sərt xəbərdarlığı

Rusiya prezidenti: "Onlar dünyanı yeni münaqişələrə sürükləyirlər"
Konyuktur siyasi maraqlar naminə nasistlərə və onların əlaltılarına bəraət qazandırmaq yolverilməzdir. 
 
Bu sözlər Rusiya prezidenti Vladimir Putinin Moskvada keçirilən Rusiya - Çin konfransının iştirakçılarına yönəltdiyi məktubunda yer alıb. 
 
"Bu cür əməllər nəinki təkcə əxlaqsızlıq deyil, həm də həddindən təhlükəlidir. Onlar dünyanı yeni münaqişələrə, zülmə və zorakılığa sürükləyirlər", - deyə Putin öz məktubunda vurğulayır.
 
Daha öncə prezident Vladimir Putin tarixi saxtalaşdıranlara qarşı mübarizə aparmağa çağırmışdı. Mart ayında isə Putin bildirmişdi ki, Böyük Vətən müharibəsi haqqında həyasız yalan danışmaq və onu qaralamaq cəhdlərinin həqiqətə heç bir dəxli yoxdur və siyasi məqsədlərlə istifadə edilir./

Google+ WhatsApp ok.ru