Sierra Leoneda yeni Ebola hadisəsi

Maide.az BBC-yə istinadən verdiyi xəbərə görə, Sierra Leoneli rəsmiləri ölkənin şimalındakı Tonkolili bölgəsində həftə içində ölən xəstə üzrəində aparılan Ebola testinin müsbət çıxdığını bildirib.
 
Ebola virusu daşıyan şəxsin Tonkoliliyə ölkənin Qvineya sərhədinə yaxın olan Kambia bölgəsindən gəldiyi bildirilib.
 
Ebola virusunun Sierra Leonedə 7 noyabrda, Qvineyada 29 dekabrda sona çatdığını bildirən Dünya Səhiyyə Təşkilatı (DST), 14 yanvarda virusun davam etdiyi yeganə ölkə olan Liberiyada Ebola virusunun maksimum keçid müddətindən 2 dəfə çox olan 42 günlük müddətin sakit keçirildiyini açıqlamışdı.
 
DST, Liberiya ilə birlikdə Qərbi Afrikadakı Ebola virusundan sonra elan etmiş, ancaq bu üç ölkədə yeni kiçik miqyaslı Ebola virusu baş verə biləcəyini xəbərdarlıq etmişdi.

Google+ WhatsApp ok.ru