Ekvadorda kütləvi aksiyalar: 16 polis əməkdaşı xəsarət alıb

Nümayişçilər ölkə prezidenti Rafael Korreanın siyasətinə qarşı çıxış ediblər.
Ekvadoru kütləvi aksiyalar bürüyüb. Nümayişçilər ölkə prezidenti Rafael Korreanın apardığı siyasətə qarşı çıxış ediblər. Etirazlara minə yaxın insan qoşulub. 
ANS PRESS-in məlumatına görə, qarşıdurmalar nəticəsində 16 polis əməkdaşı xəsarət alıb. Aksiya iştirakçılarının əsas narazılığı hökümət tərəfindən Konstitusiyaya gözlənilən dəyişiklikərlə bağlı olub. Həmin dəyişikliklərə əsasən, Korrea 2017-ci ildə dövlət başçısı postuna öz namizədliyini yenidən irəli sürə biləcək. 
İğtişaşlar zamanı etirazçılar polislərə daş və yandırıcı maye ilə dolu şüşələrlə müqavimət göstəriblər. Vəziyyəti nəzarətə almaq üçün əsaiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər.
Aksiya nəticəsində 20-yə yaxın vətəndaş saxlanılıb. Hökümət əleyhinə nümayişlər ölkənin bir neçə şəhərində keçirilib. 
Hal-hazırda ölkəninin paytaxtı Kitoda vəziyyət nəzarət altındadır. 
Hadisə yerinə 12 minə yaxın hüquq müdafiə orqanlarının əməkdaşları cəlb olunub. /

Google+ WhatsApp ok.ru