Kos adasının bir tərəfində turistlər,digər tərəfində isə ac və susuz qalan miqrantlar

Yunanıstanın Kos adasına miqrant axını davam edir. Ölkələrindəki müharibədən, dözülməz şəraitdən qaçan miqrantlar buralara üz tuturlar.
 
İqtisadi böhran içərisində olan Yunanıstana miqrantların üz tutması ölkədəki vəziyyəti olduqca çətinləşdirir. Məlumata görə, 30 min əhalisi olan adaya 8 min miqrant gəlib. Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında isə  1 il ərzində Aralıq dənizini keçərək Avropaya gələn miqrantların 188 min nəfərə çatdığı bildirilir.  
 
Turistlərin axın etdiyi  Kosda maraqlı mənzərə ortaya çıxıb. Belə ki, adanın bir tərəfində turistlər istirahət edir, digər tərəfində isə aclıq və susuzluqla mübarizə aparan miqrantlar.

Google+ WhatsApp ok.ru