Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar oktyabrda davam etdiriləcək 27 Sentyabr 2018 01:00 Qarabağ xəbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar oktyabrda davam etdiriləcək. Maide.Az bildirir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşünün yekunlarını şərh edərkən bildirib. E.Məmmədyarob bildirib: "Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Bu münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi oldu. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq". Qeyd edək ki, sentyabrın 26-sı BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub. Teqlər : #Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar oktyabrda davam etdiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ATƏT cəbhə xəttində monitorinq keçirəcək Bakıda `Qarabağa azadlıq` şüarı ilə mitinq keçirildi - FOTO
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni