Elnur Nağızadə vəzifəsindən azad edildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə vəzifəsindən azad edilib.
 
Maide.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Komissiyadan onun öz ərizəsi ilə işdən azad edildiyi bildirilir.
 
E.Nağızadə 5 ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
 
Komissiyadan verilən məlumata görə, E. Nağızadə ailə vəziyyəti ilə əlaqədar olaraq işindən ayrılıb. Onun yerinə hələlik təyinat olmayıb. 

Google+ WhatsApp ok.ru