Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatan və iriçaplı pulemyotlardan atəşə tutub 03 Oktyabr 2015 01:00 Qarabağ xəbərləri Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 71 dəfə pozub. Maide.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Cəvahirli, Nəmirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 80 dəfə atəş zərbəsi endirib. Teqlər : #Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatan və iriçaplı pulemyotlardan atəşə tutub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistanın iki hərbçisi məhv edildi, xeyli yaralı var Azərbaycan ordusu erməniləri belə vurub - VİDEO
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni