Səudiyyə Ərəbistanı Suriyadakı terrorçulara yeni silah göndərəcək

Maide.az xəbər verir ki, son günlər Suriya ətrafında baş verən proseslər gərginləşən xətt üzrə davam edir. Rusiyanın bombardmanından sonra terrorçuların himayədarı olan dövlətlər indi də müxalifət adı altında terrorçulara silah ötürəcəyini açıqlayıb. Bu sırada ilk olaraq Səudiyyə Ərəbistanı addım atıb və Suriyadakı terrorçulara dəstəyini artırmaq qərarına gəlib.
 
Yüksək vəzifəli səudiyyəli dövlət məmuru Suriyadakı 3 qruplaşmaya – “Azad Suriya Ordusu”, “Cənub Cəbhəsi” və “Fəth Ordusu”na müasir silahlar, o cümlədən tank əleyhinə idarəolunan qurğular verəcəklərini bildirib. O qeyd edib ki, yardımlar Səudiyyə Ərəbistanının terror təşkilatı saydığı “İŞİD” və “Əl-Nüsra”ya aid deyil.
 
Qeyd edək ki, adı çəkilən 3 qruplaşmanın rəhbərlərinin kim olduğu və məqsədləri barədə heç bir məlumat yoxdur. Suriyada başlayan müharibənin ilk günlərindən onlar da “İŞİD” və “Əl-Nüsra” terrorçuları kimi minlərlıə günahsız insanın qanını töküblər.

Google+ WhatsApp ok.ru