Erməni silahlı bölmələri minaatanlardan, qumbaraatanlardan istifadə etməklə atəşkəs rejimini 117 dəfə pozub 25 Mart 2016 02:00 Qarabağ xəbərləri Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub. Maide.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Məlumata əsasən, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Berdavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli, Cəvahirli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 119 dəfə atəş zərbəsi endirib. Teqlər : #Erməni silahlı bölmələri minaatanlardan,#qumbaraatanlardan istifadə etməklə atəşkəs rejimini 117 dəfə pozub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rəsmi Moskva: Dağlıq Qarabağ münaqişəsinin həllini ürəkdən istəyirik Erməni silahlı bölmələri atəşkəs rejimini 113 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni