Erməni təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan zabiti dəfn edilib - FOTO 28 Mart 2016 01:00 Qarabağ xəbərləri Ötən gün Azərbaycan - Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun zabiti Qalib Laim oğlu Zülfüqarlı dəfn edilib. 1992-ci il təvəllüdlü Qalib Laim oğlu Zülfüqarlı bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb. Dəfn mərasimində kənd sakinləri, rayonun icra strukturlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər. Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.(apa) Teqlər : #Erməni təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan zabiti dəfn edilib FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan atəşkəsi 130 dəfə pozub Erməni silahlı bölmələri atəşkəs rejimini 116 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni