Ermənilər Goranboyu atəşə tutur - SON DƏQİQƏ 07 Aprel 2016 01:00 Qarabağ xəbərləri Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir. Düşmən tərəfi atəşkəs razılaşmasını pozaraq dünən axşam saatlarından başlayaraq Goranboy rayonunun Tapqaraqoyunlu kəndini intensiv atəşə tutur. Kəndin icra nümayəndəsi Abbas Allahverdiyev AzVision.az-a bildirib ki, ermənilərin açdığı atəş nəticəsində yaşayış evlərinə ziyan dəyib. “Tapqaraqoyunlu dünən axşam saatlarından başlayaraq erməni silahlıları tərəfindən atəşə məruz qalıb. Evlərə ziyan dəyib, sakinlər arasında xəsarət alan yoxdur. Hazırda ərazidə Fövqəladə Hallar Komissiyası araşdırma aparır, kəndə dəyən ziyan hesablanır. Düşmən bu dəqiqələrdə də minomyotlarla atəş açır. Sakinlər arasında panika, təşviş yaşanmır”. / Teqlər : #Ermənilər Goranboyu atəşə tutur SON DƏQİQƏ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyi: Ermənilər atəşkəs rejimini 119 dəfə pozub General-mayor Natiq Əliyev: Düşmən tərəfindən sanitar tibb maşını atəşə tutulub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni