Ermənilər atəşkəs rejimini 11 dəfə pozub

Ermənilər atəşkəs rejimini 11 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub.
 
Maide.Az bildirir ki, bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber, Vаzaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
 
İşğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
 

Google+ WhatsApp ok.ru