Ermənistan ordusunda insident olub, bir əsgər ölüb, biri ağır yaralanıb

Ermənistan ordusunda insident olub, bir əsgər ölüb, biri ağır yaralanıb

Dağlıq Qarabağda Ermənistan ordusunda baş vermiş insidentlə bağlı rəsmi məlumat açıqlanıb.
 
APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, dekabrın 8-də saat 02:10-da döyüş növbəsində olan sıravi əsgər Albert Postolokyan blindajın girişinə qumbara atıb. Partlayış nəticəsində blindajda istirahət edən sıravi Qarnik Terteryan qəlpə yaraları alıb.
 
A. Postolokyan isə hadisəni törədəndən sonra avtomat silahı ilə özünü güllələyərək öldürüb.
 
Q. Terteryan hospitala çatdırılıb.
 
Faktla bağlı cinayət işi başlayıb. /
 

Google+ WhatsApp ok.ru