Ermənilərin Ağcabədini atəşə tutması nəticəsində 14 yaşlı uşaq həyatını itirib - RƏSMİ

Ermənilərin Ağcabədini atəşə tutması nəticəsində 14 yaşlı uşaq həyatını itirib - RƏSMİ

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

 
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələrinin Ağcabədi rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması səbəbindən 04.10.2020-ci il tarixdə saat 15 radələrində yeməkxanada olan zaman oraya top mərmilərinin düşməsi nəticəsində Taynaq kand sakini 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq həyatını itirib. çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.
 

Google+ WhatsApp ok.ru