Ermənilər Ağcabədiyə mərmi atdi, bir nəfər həyatın itirdi

Ermənilər Ağcabədiyə mərmi atdi, bir nəfər həyatın itirdi

 
Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdəki yaşayış məntəqələrini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
 
AZƏRTAC xəbər verir ki, düşmənin növbəti hədəfi Ağcabədi rayonunun Sarıcalı və Taynaq kəndləri olub. Artilleriya atəşi nəticəsində Sarıcalı kəndində bir ev tamamilə yanıb. Taynaq kəndi ərazisindəki yeməkxanaya top mərmisinin düşməsi nəticəsində 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq dünyasın dəyişib, mülki infrastruktur obyektlərə ziyan dəyib.
 

Google+ WhatsApp ok.ru