Ermənilər Gəncə və Beyləqanı növbəti dəfə raket atəşinə tutub

Ermənilər Gəncə və Beyləqanı növbəti dəfə raket atəşinə tutub

məktəb və xəstəxana hədəfə alınır

Xəbər verildiyi kimi, 5 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən Ermənistanın silahlı qüvvələri Beyləqan rayonu və Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutmaqda davam edir.
 
 Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, Gəncə şəhərinə atılmış raketlərin Gəncə beynəlxalq xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılması nəticəsində 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
 
Eyni zamanda, Beyləqan şəhərinə atılmış 2 ədəd raket mərmisindən 1 ədədi uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.
 
 

Google+ WhatsApp ok.ru