Çexiyanın sabiq baş nazirinin administrasiyasının qısqanc rəhbəri məhkəməyə çağırılıb

Əvvəllər Çexiyanın sabiq baş naziri Peter Neçasın administrasiya rəhbəri olmuş, indi isə onun xanımı olan Yana Neçasova (qızlıq soyadı Nadyova) bu gün vəzifə səlahiyyətlərindən sui-istifadə haqqında iş üzrə məhkəmədə ifadə verib. Məhkəmə dinləmələrinin gedişində Neçasova ona ünvanlanan ittihamları tamamilə rədd edib.
 
Onunla bərabər hərbi kəşfiyyat xidmətinin yüksək vəzifəli üç zabiti də müttəhimlər kürsüsündə əyləşib. Onlar Nadyovanın xahişi ilə baş nazirin əvvəlki arvadı Radka Neçasovanın izlənməsini təşkil ediblər. İş üzrə dinləmələr bağlı qapılar arxasında keçirilib.
 
Yana Neçasovanın təqsirkar olması sübut edilərsə, onu beş ilə qədər həbs cəzası gözləyir.

Google+ WhatsApp ok.ru