Həmas heyəti İslami Vəhdət Konfransında iştirak etmək üçün İrana gedib

Maide.az xəbər verir ki, İslami Vəhdət Konfransına qatılacaq Həmas nümayəndə heyəti Tehrana gedib.
 
İran İslam Respublikasının dəvəti ilə Tehrana gedən Həmas nümayəndə heyətində Camal İsa və Əli Bərəkənin yer aldığı bildirilib.
 

Qeyd edək ki,  28-ci İslami Vəhdət Konfransı bu gün Tehranda öz işinə başlayıb. Konfransda  dünyanın müxtəlif ölkələrindən 300-dən çox alim, siyasətçi və yazarın iştirak etdiyi bildirilir. Konfransın bu gün səhər başlayıb cümə gününə kimi davam edəcək.

 

Google+ WhatsApp ok.ru