Səudiyyə Ərəbistanında Peyğəmbərin (s) məzarının köçürülməsi müzakirəyə çıxarılıb

Səudiyyə Ərəbistanında tanınmış akademik və mühəndislərdən biri olan Əli bin Əbdüləziz əş-Şəbbalın Məhəmməd peyğəmbərin (s) məzarının yerinin dəyişdirilməsi ilə bağlı layihəsi müzakirəyə çıxarılıb.

Sözügedən layihə Məkkə-Mədinə hərəmlərinin Rəyasət heyəti tərəfindən müzakirə edilib.

Mənbənin məlumatına əsasən, Peyğəmbərin (s) məzarının köçürülməsi layihəsi ilə bağlı müzakirələrin nəticəsi hələlik məlum deyil. Bildirək ki, Səudiyyə Ərəbistanının tanınmış alimi İrfan əl-Ülvi bu layihəni təhlükəli addım hesab edib. O, baş tutacağı təqdirdə, bunun dünya müsəlmanları arasında böyük narahatlığa səbəb olacağını bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti son illər Məkkə və Mədinədə aparılan yenidənqurma işləri bəhanəsi ilə tarixi-dini abidələrin dağıdılmasına, imam, əshabə və övliyaların məzarlarının sökülməsinə göz yumur.

Google+ WhatsApp ok.ru