Fələstində yeni nəslin yeni intifadası

Yazar David Hearst Fələstində yeni nəslin artıq Fəth və Həmas Təşkilatını heçə sayaraq öz qərarlarını verdiyini bildirir

Fələstində yeni nəsil, yeni bir intifada hərəkatı başlayır. İki ifrat ortodoksal yəhudini bıçaqlayaraq öldürən fələstinli gənc Muhannad Halebi hücumdan iki gün öncə facebook səhifəsindən Mahmud Abbasın BMT çıxışını tənqid etmişdi.
 
Maide.az xəbər verir ki, Muhanned mesajında Abbasa nitqin gözəl olduğunu, ancaq özlərinin Qüdsü qərb və ya şərq olaraq ayırmadığını, hər bir parçasının müqəddəs olduğunu bildirirdi.
 
"Middle East Eye"də bir məqalə yazan David Hearst Halebinin mesajı üzərindən fələstinli gənclərin İsrailə qarşı mövqeyini şərh edib. "Yeni nəsil üçün yeni intifada" başlıqlı məqalədə, yeni nəsil artıq Fəth və Həmas Təşkilatı heçə sayaraq öz qərarlarını verdiyindən bəhs edilir.

Google+ WhatsApp ok.ru