Məscidül-Əqsada bu gün yaş məhdudiyyəti yoxdur

Maide.az xəbər verir ki, İsrail rejiminin cümə günü müsəlmanların Məscidül-Əqsaya girişlərinə yaş məhdudiyyəti tətbiq etməyəcəyi bildirilib.
Bu barədə "Yedioth Ahronoth" qəzeti yazıb.
Rejimin polis sözçüsü Luba Samri İsrailin keçən ilin sentyabr ayından bu yana Məscidül-Əqsaya girişlərdə tətbiq etdiyi 40 yaş məhdudiyyətinin qaldırıldığını açıqlayıb.
Sionist rejimin polisi Məscidül-Əqsaya etdiyi basqınlarda məscidə çəkmə ilə girmiş və damına çıxaraq camaatın üstünə gözyaşardıcı qaz, səs bombası və plastik güllə atmışdı. Məscidül-Əqsaya qarşı pozuntulara etiraz edən fələstinlilər ilə əsgərlər arasında tez-tez qarşıdurma baş verib. Rejim əsgərlərinin və sıravi yəhudilərin oktyabr ayının əvvəlindən bu yana fələstinlilərə qarşı hücumlarında ölənlərin sayı 60-ı keçib.

Google+ WhatsApp ok.ru