Sionistlər yeddi aylıq körpəni şəhid edib

Fələstinli yeddi aylıq körpə dünən axşam saatlarında (cümə günü) Beyt Ləhm rayonunda sionist hərbçiləri tərəfindən atılan gözyaşardıcı qazdan zəhərlənərək həyatını itirib.
 
Maide.az xəbər verir ki, İsrail rejiminin əsgərləri cümə günü axşam saatlarında Qərb Sahilinin cənubunda yerləşən Beyt Ləhmin cənub şərqindəki Beyt Fuccar qəsəbəsində bir qrup fələstinliyə gözyaşardıcı qazla atəş açıb, nəticədə Ramazan Mohəmməd Səvabete adlı 7 aylıq körpə qazdan zəhərlənərək şəhid olub.
 
Habelə, Beyt Fuccar qəsəbəsində bir fələstinli gənc sionist hərbçilərinin plastik güllədən açdığı atəş nəticəsində başından yaralanıb. Beyt Ləhmin Xızr rayonunda daha 3 gənc İsrail rejimi əsgərləri tərəfindən atəşə tutularaq xəsarət alıblar.
 
Qüdsün intifadasının 31-ci günündə, daha 3 fələstinlinin həlak olması ilə indiyədək İntifada şəhidlərinin sayı 71-ə, yaralıların sayı 6 min nəfərə çatıb.
 
30 oktyabr cümə günü də Qərb Sahilinin, Qüdsün və Qəzza zolağının müxtəlif bölgələrində sionist hərbçilərlə fələstinli gənclər arasında şiddətli toqquşmalar baş verib.
 
Yayılan xəbərlərə görə, Birə məntəqəsində gedən döyüşlərdə 18-dən çox fələstinli gənc, Beyt Ləhm rayonunda 2 fələstinli, Əl-Xəlil bölgəsində 7 nəfər və Qəzza zolağının sərhədyanı rayonlarında 30 nəfərdən çox insan yaralanıb.

Google+ WhatsApp ok.ru