Fələstinli fəallar: İsrail rejimi müdafiəsiz fələstinli məhbuslara da rəhm etmir

Fələstinli fəallar: İsrail rejimi müdafiəsiz fələstinli məhbuslara da rəhm etmir

Fələstinli fəallar bildiriblər ki, İsrail rejimi müdafiəsiz fələstinli məhbuslara da rəhm etmir.
 
Press TV-nin məlumatına görə, fələstinli məhbusların durumu günbəgün pisləşir.
 
Bir qrup fələstinli məhbusun sionist rejim məhbəslərində dünyasını dəyişməsi bu məsələyə bariz nümunədir.
 
Dünən sionist rejim məhbəsləri başçılarının diqqətsizliyi ucbatından həyatını itirmiş fələstinli məhbuslardan digər birisinin dəfn mərasimi keçirilib.  
 
46 yaşlı məhbusun ailəsi deyir ki, nəinki onun sağlamlıq  durumuna diqqətsizlik olub, həm də həbsxanada onun bədəninə naməlum bir maddə aşılanıb. Bu məhbusun qardaşı Nəbil Şəvamirə deyib: Onun bədəninə bir maddə aşılanmışdı ki, 2011-ci ildə ilkin azadlığından sonra xəstələnmişdi. Biz onun azad edilməsi üçün uzun bir məktub hazırlamışdıq. Biz onun xəstəliyinin müalicəsi üçün dərman tapa bilmirdik. Almaniyada həkimlər bizə dedilər ki, əgər qardaşımın bədəninə vurulmuş kimyəvi maddənin adını bilsək, müalicə edə bilərik. Amma sionist məsul şəxslər bizə  onun  bədəninə hansı maddənin vurulduğunu demirdilər.
 
Fələstinli fəallar deyirlər ki, sionist rejim həbsxanalarında fələstinli məhbusların sağlamlığına diqqətsizlik nadir bir məsələ deyil, əksinə bu rejimin yeritdiyi siyasətdir.
 
Fələstinli fəallardan olan Əbdulal Ənnani bu haqda deyib: İsrail rejiminin cinayətlər siyahısına daha bir cinayət əlavə olunub. İsrail rejimi işğalçılıqdan əlavə, "müdafiəsiz fələstinlilərə qarşı hərəkət" adlı digər bir cinayət törədir. Bu məsələ təhlükəli bir göstərici olaraq, fələstinli məhbusların sionist rejim məhbəslərində hansı təhlükələrlə üzləşdiklərindən söz açır. (sahartv)

Google+ WhatsApp ok.ru