Fələstinlilər azanın qadağan olunmasına geniş miqyasda etirazlara başlayıb

Fələstinlilər azanın qadağan olunmasına geniş miqyasda etirazlara başlayıb

Ötən gün  Qəzza zolağı və Fələstinin 1948-ci ildə işğal olunmuş ərazilərində Qüdsdə  azanın qadağan olunması layihəsi əleyhinə  geniş miqyaslı  etiraz aksiyaları keçirilib. 
 
Maide.Az xəbər verir ki, Al-Minar kanalınnı məlumatına görə, Qəzza zolağında keçirilən etiraz  aksiyasında çıxış edən  Həmas rəhbərlərindən Yusif Əl-Şərafi deyib ki,  sionist rejimin azanı qadağan etməsi qərarı müsəlmanların və Qüdsdəki digər dinlərin  azadlığını  aşkar şəkildə pozmaqdır. 
 
O deyib ki, azanı qadağan etmə cəhdləri FƏləstinlilərin müqaviməti ilə uğursuz olacaq.  
 
Əl-Şərafi  Fələstin Özünüidarətmə Təşkilatından istəyib ki, sionist rejimlə əməkdaşlığını dayandırsın və Fələstin xalqı və Məscidül-Əqsanı müdafiə etsin.  
 
Ötən gün həmçinin Fələstinin 1948-ci ildə işğal olunmuş ərazilərindədə  cümə namazından sonra geniş etiraz aksiyaları keçirilib.  Yüzlərlə fələstinli  müxtəlif şəhərlərdə  küçələrə çıxıb və azanın qadağan olunması layihəsinin ləğvini  istəyiblər.  
 
 

Google+ WhatsApp ok.ru