Fələstin Rusiyanı İsrailin Qərb şəriyanı ilhaq etmək planlarına təsir göstərməyə çağırır

Fələstin Rusiyanı İsrailin Qərb şəriyanı ilhaq etmək planlarına təsir göstərməyə çağırır

Fələstin Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə məktub göndərərək işğalçı İsrailin İordan çayının Qərb sahilini ilhaq etmək planlarına təsir göstərməsini xahiş edib.
 
Maide.Az xəbər verir ki, bu barədə "İzvestiya" ya verdiyi müsahibədə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofal bildirib.
 
“Sentyabrın 11-də səhər Rusiya Xarici İşlər Nazirliyinə məktub yazaraq bildirmişik ki, İsrailə təsir etsin, çünki Rusiya bölgədəkilərlə yaxşı münasibət saxlayan az sayda ölkələrdən biridir. Elə həmin gün Rusiya Xarici İşlər Nazirliyi BMT qətnamələrinə riayət etdiyini elan etdi və narahatlığını bildirdi" – Fələstin diplomatı bildirib.
 
Nofalın fikrincə, Rusiya bu məsələdə İsrailə təsir etmək imkanına malikdir, xüsusən dünyada bu cür bəyanatların "bölgədə yeni dini müharibəyə" səbəb ola biləcəyi bir dövrdə. 
 
“Biz İsraillə olan sülhü davam etdirmək, heç nəyə baxmayaraq, razılaşmaları yerinə yetirmək istəyirik. Netanyahu ilhaq etməyə başlasa, sülh prosesinə son qoyulacaq." Nofal qeyd edib.

Google+ WhatsApp ok.ru