Feysbuk, fələstinli jurnalistlərin hesablarını dondurur

Feysbuk, fələstinli jurnalistlərin hesablarını dondurur

Feysbuk, Sionist İsrail rejimi mühasirəsi altında olan İordaniyanın Qərb sahilində təxminən 12 milyon izləyicisi olan 8 jurnalistin hesablarını əngəlləyib.
 
Maide.Az "Dünyabülteni" xəbər saytına istinadən xəbər verir ki, Feysbuk, ötən həftə İşğalçı Sionist İsrail rejimi mühasirəsində olan Qərbi İordaniyada fəaliyyət göstərən "Şəbab" xəbər agentliyinin ümumilikdə 6.3 milyondan çox izləyicisi olan dörd redaktorunun, "Qüds" xəbər şəbəkəsinin isə ümumilikdə təxminən 5.1 milyon izləyicisi olan üç rəhbərinin şəxsi hesablarını dondurub.
 
Əl-Cəzirənin xəbərinə görə, İsrail rejimi və Feysbuk rəhbərləri arasında 2016-cı ilin sentyabr ayında keçirilən görüşdə feysbukda sionist İsaril əleyhinə aparılan təbliğatlarla mübarizə qərarı çıxmışdı.
 
Qeyd edək ki, "Qüds" xəbər agentliyinin feysbuka müraciətindən sonra feysbuk rəhbərliyi cavab olaraq bildirib ki, hesabların dondurulması işçilərin səhvi olub. 
 
Agentliyin üç jurnalistinin hesablarındakı maneə, şənbə günü aradan qaldırılıb.
 
"Şəbab" informasiya agentliyinin isə üç idarəçisinin şəxsi hesabı üzərindəki mane aradan qaldırılıb. Amma agentliyin rəhbərinin hesabı hələ də bağlıdır.
 

Google+ WhatsApp ok.ru