FHN dənizdə köməksiz qalmış balıqçıları xilas edib

Xəzər dənizində köməksiz vəziyyətdə qalmış 2 nəfər balıqçı xilas edilib.
 
Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
 
Onlar balıqçıları xilas edərək qayığı sahilə çıxarıblar.

Google+ WhatsApp ok.ru