Filipinin ən qədim məscidi turistləri qəbul edəcək

Filipinin ən qədim məscidinin təmirinə 1 milyon dollar vəsait ayrılıb,məscid turistləri qəbul edəcək. 
 
Maide.az xəbər verir ki, Filipinin cənubunda əhalisinin əksəriyyəti müsəlmanlar olan Mindanao adasının rəsmilərindən olan Don Mustafa Lung deyib ki, turistlərin diqqətini cəlb etmək məqsədi ilə məscidin özündə və ətrafında abadlaşdırma işləri aparılacaq və bunun üçün 1 milyon dollar vəsait ayrılıb. 
 
O deyib ki, biz məscidə gedən yolları tərmi etmək  və məscidin ətrafında abadlaşdırma işləri həyata keçirmək istəyirik.
 
Filipinin Simunul  şəhərində Şeyx Kərim əl-Məxdum məscidinin 600 ildən çox yaşı var. Bu məscidin 1380-cı miladi ilində ərəb tacirlərindən bir nəfər vasitəsi ilə tikildiyi bildirilir. Bu məscid Filipində olan ən qədim məsciddir. /
 

Google+ WhatsApp ok.ru