Nigeriya sərhədində 6 Boko Haram qərargahı məhv edilib

Kamerun ordusunun Boko Haram terror təşkilatına aid Nigeriya sərhədindəki 6 qərargahı məhv etdiyi bildirilir.
 
Maide.az-ın məlumatına görə, regional Afrika gücünün rəhbərliyi altında həyata keçirilən və Nigeriya ordusunun da dəstək verdiyi əməliyyatda, sərhəddəki 6 qərargaha basqın təşkil olunub. Basqında 3 Boko Haram hərbiçi öldürülüb, terror təşkilatına aid çoxlu sayda sursat ələ keçirilib və qərargahlar yandırılıb.
 
Kamerun ordusunun yaxın saatlarda terror təşkilata aid Nigeriya sərhədləri daxilindəki başqa qərargahlara hücum etmək üçün hazırlıq gördüyü deyilir.
 
Kamerun-Nigeriya sərhədində dünən təşkilatın yerləşdirdiyi minanın partlaması nəticəsində bir Kamerun əsgəri həyatını itirmişdi.

Google+ WhatsApp ok.ru