Mogherini Azərbaycana gəlir

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini fevralın 29-da Azərbaycana gələcək.
 
Maide.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə deyib ki, səfər zamanı F.Mogherini-nin xarici işlər naziri və Azərbaycanın digər rəsmiləri ilə görüşləri olacaq.
 
Səfərin əsas məqsədi Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərinin müzakirəsidir.azadliq /

Google+ WhatsApp ok.ru